20 
Yan
2022
15:48
265
24
2684
Virtual karabakh

Qaçırdığı avtomobili hissələrə bölərək satmaq istəyən şəxs ƏLƏ KEÇDİ - FOTO

20 Yan, 2022
15:48
2684

Qaçırdığı avtomobili hissələrə bölərək satmaq istəyən şəxs ƏLƏ KEÇDİ - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağdaşda qaçırdığı avtomobili hissələrə bölərək satmaq istəyən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, nazirliyin “102” Zəng Mərkəzinə müraciət edən Ağdaş şəhər sakini ona məxsus VAZ-2106 markalı avtomobilin yaşadığı evin qarşısından naməlum şəxs tərəfindən qaçırıldığını bildirib.

Müraciətlə əlaqədar Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən Məhəmməd Abbasov saxlanılıb.

O, ifadəsində qaçırdığı nəqliyyat vasitəsini yaşadığı Mingəçevir şəhərində apardığını və orada ehtiyat hissələrini söküb, satmaq məqsədilə saxladığını bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri