21 
Yan
2022
13:08
222
7
1679
Virtual karabakh

Salyanda avtoxuliqanlıq edən şəxs həbs edildi - FOTO/VİDEO

21 Yan, 2022
13:08
1679

Salyanda avtoxuliqanlıq edən şəxs həbs edildi - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Salyan Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin (DYPB) əməkdaşları rayon ərazisində avtoxuliqanlıq edən sürücünü saxlayıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, rayon sakini Vidadi Doj idarə etdiyi VAZ markalı avtomobil ilə gecə saatlarında yollarda intizamsızlıq edərək avtoxuliqanlıq hərəkətləri etmiş və bununla da ictimai-asayişi nümayişkaranə şəkildə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olub.

Həmin şəxs RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən saxlanılıb və barəsində İnzibati Xətalar məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. 

Məhkəmənin qərarı ilə V.Doj sürücülük hüququndan 1 il müddətinə məhrum olmaqla 500 manat məbləğində cərimə olunub.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri