22 
Yan
2022
10:21
17
276
1785
Virtual karabakh

Masallıda 80 yaşlı qadın yaşadığı evdə yanaraq öldü

22 Yan, 2022
10:21
1785

Masallıda 80 yaşlı qadın yaşadığı evdə yanaraq öldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Masallıda 80 yaşlı qadın yaşadığı evdə yanaraq ölüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, rayonunun Qızılağac kəndində ümumi sahəsi 63 kvadratmetr olan birmərtəbəli ikiotaqlı evin bir otağının, dəhlizinin yanar konstruksiyaları və dam örtüyü 40 kvadratmetr sahədə yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi, 1942-ci il təvəllüdlü Ələkbərova Cənnət Yaqub qızının (yataq xəstəsi) yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri