22 
Yan
2022
16:18
472
38
5572
Virtual karabakh

Bakıda maşını polisin üstünə sürərək qaçmaq istəyən narkotacirə atəş açıldı - FOTO/VİDEO

22 Yan, 2022
16:18
5572

Bakıda maşını polisin üstünə sürərək qaçmaq istəyən narkotacirə atəş açıldı - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda idarə etdiyi avtomobili polisin üstünə sürərək qaçmaq istəyən narkotacir saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, yanvarın 20-də paytaxtın Binəqədi rayonunda əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddələri ilə məhkum olunan Lənkəran şəhər sakini, 41 yaşlı Vüsal Hüseynovun “Daewoo” markalı avtomobillə narkotik daşıdığı barədə polisə məlumat daxil olub.

Məlumatla əlaqədar Binəqədi Rayon Polis İdarəsi 7-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi tədbir zamanı şübhəli şəxs avtomobili polis əməkdaşlarının üzərinə sürərək, qaçmağa cəhd edib. Ancaq onun qaçmaq cəhdinin qarşısı polislər tərəfindən alınıb.

Belə ki, polis əməkdaşları həmin avtomobilin təkərinə xidməti silahdan atəş açaraq, onu dayandırmağa müvəffəq olublar. Avtomobilə baxış zamanı Vüsal Hüseynova məxsus külli miqdarda psixotrop maddə olan metamfetamin aşkar edilib.

O, ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.

Aşkar edilən faktla 7-ci Polis Bölməsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

Saxlanılan şəxslərin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri