22 
Yan
2022
16:48
369
14
2440
Virtual karabakh

DİN-dən ƏMƏLİYYAT: Bakıda iki narkotacir və onların qurduğu şəbəkə ifşa edildi - VİDEO

22 Yan, 2022
16:48
2440

DİN-dən ƏMƏLİYYAT: Bakıda iki narkotacir və onların qurduğu şəbəkə ifşa edildi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nəsimi rayonunda iki narkotacir və onların narkokuryerliyə cəlb etdiyi daha dörd nəfər saxlanılıb.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun “Kubinka”, “Papanin”, həmçinin digər ərazilərində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha altı nəfər tutulub.

Əməliyyat zamanı paytaxt sakinləri əvvəllər məhkum olunmuş Rəvan İbrahimov və Ramal Rəcəbov saxlanılıb. Onlardan ümumilikdə 1 kiloqramdan artıq narkotik vasitə - heroin və psixotrop maddə metamfetamin aşkar olunub. Rəvan İbrahimov və Ramal Rəcəbovun ətrafında aparılan araşdırmalar zamanı onların paytaxt ərazisində narkotik vasitələrin satışını həyata keçirdikləri və bu məqsədlə ətraflarına narkokuryerlər cəlb etdikləri müəyyən edilib. İdarə əməkdaşlarının keçirdikləri tədbirlər zamanı narkokuryerliyə cəlb olunan daha dörd nəfər - Ramil Bayramov, Kamran Əliyev, Anar Əliyev və Rauf Cavadov da saxlanılaraq istintaqa təqdim ediliblər. Bu şəxslər Rəvan İbrahimov və Ramal Rəcəbov tərəfindən narkokuryerliyə cəlb etdiklərini etiraf ediblər. Saxlanılanların hər biri barəsində Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.

Nəsimi rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi, onların daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri