24 
Yan
2022
11:23
7
55
943
Virtual karabakh

Dövlət qurumları tərəfindən məhkəmələrə müraciətlərin sayı AÇIQLANDI

24 Yan, 2022
11:23
943

Dövlət qurumları tərəfindən məhkəmələrə müraciətlərin sayı AÇIQLANDI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Daxili işlər orqanları tərəfindən 2021-ci il üzrə 18 072 iş aparılıb”.

Oxu.Az xəbər verir ki, bu sözləri Baş Prokurorluqda 2021-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclasında çıxışı zamanı baş prokuror Kamran Əliyev deyib.

K.Əliyev bildirib ki, sözügedən il üzrə Ədliyyə Nazirliyi tərəfindən 619, Dövlət Gömrük Komitəsi 159, Dövlət Vergi Xidməti 624, Dövlət Təhlükəsizlik Xidməti 99, Dövlət Sərhəd Xidməti 184, Fövqəladə Hallar Nazirliyinin icraatında 54 iş olub:

“Onlardan Daxili İşlər Nazirliyi tərəfindən 12 305 iş məhkəməyə göndərilib. Müvafiq olaraq Ədliyyə Nazirliyi tərəfindən bu rəqəm 408, Dövlət Gömrük Komitəsi 93, Dövlət Vergi Xidməti 103, Dövlət Təhlükəsizlik Xidməti 40, Dövlət Sərhəd Xidməti 69, Fövqəladə Hallar Nazirliyi tərəfindən 2 iş məhkəməyə göndərilib”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri