24 
Yan
2022
13:36
362
37
3388
Virtual karabakh

İrandan Azərbaycana külli miqdarda narkotikin keçirilməsinin qarşısı alındı: Saxlanılan var - FOTO

24 Yan, 2022
13:36
3388

İrandan Azərbaycana külli miqdarda narkotikin keçirilməsinin qarşısı alındı: Saxlanılan var - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İrandan Azərbaycana narkotikin keçirilməsinin qarşısı alınıb.

Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yanvar ayının 22-də saat 19:45 radələrində DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Cəbrayıl rayonunun Şıxalıağalı kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində ik nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən müşahidə olunub.

Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb.

Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayan sərhəd pozucularından biri havanın qaranlıq, ərazinin meşəlik və sıx kolluq olmasından istifadə edərək geri qaçıb, digər qaçaqmalçı isə hadisə yerində saxlanılıb.

Saxlanılan şəxsin İran İslam Respublikasının vətəndaşı, 1985-ci il təvəllüdlü Əsədli Əli Xudaverdi olması müəyyənləşdirilib, əraziyə baxış zamanı iki ədəd bağlamanın içində təxmini çəkisi 29 kiloqram 925 qram narkotik vasitə və psixotrop həblərə bənzər (16 200 qram marixuana, 7 444 qram heroin, 3 545 qram metamfetamin, 440 qram tiryək və 1 680 ədəd metadon-40 həbi) maddələr aşkar olunaraq götürülüb.

Qeyd olunan fakt üzrə əməliyyat-istintaq hərəkətləri davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri