25 
Yan
2022
12:14
171
10
2754
Virtual karabakh

Bakıda 43 yaşlı kişini döyərək öldürən şəxs ƏLƏ KEÇDİ

25 Yan, 2022
12:14
2754

Bakıda 43 yaşlı kişini döyərək öldürən şəxs ƏLƏ KEÇDİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yanvarın 19-u saat 22 radələrində Sabunçu rayonu ərazisində 1979-cu il təvəllüdlü Ramil Atakişiyevin almış olduğu xəsarətlər nəticəsində yanvarın 24-ü xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Sabunçu Rayon Prokurorluğundan verilən məlumata görə, 1993-cü il təvəllüdlü Əbülfərz Məhərrəmovun şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı Ramil Atakişiyevi döyərək xəsarətlər yetirib, nəticədə o, almış olduğu xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Əbülfərz Məhərrəmov təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.     

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri