25 
Yan
2022
14:36
209
12
1517
Virtual karabakh

Saray qəsəbəsində 16 evdən oğurluq edən şəxs saxlanılıb - FOTO/VİDEO

25 Yan, 2022
14:36
1517

Saray qəsəbəsində 16 evdən oğurluq edən şəxs saxlanılıb - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Abşeron rayonu Saray qəsəbəsində yeni tikilməkdə olan evlərdən birindən oğurluq edilib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Zərərçəkən Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinə müraciət edərək evdən təmir-tikinti əşyaları, eləcə də elektrik naqillərinin oğurlandığını bildirib. Eyni məzmunlu şikayətlərlə polis bölməsinə müraciət edən Saray qəsəbəsində yaşayan daha 10-a yaxın sakinin ərizəsi qeydə alınıb. Aparılan araşdırmalar, eləcə də hadisə yerlərinə baxış keçirilən zaman oğurluqların eyni şəxs tərəfindən törədildiyi müəyyən edilib.

Saray Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində hadisələri törətməkdə şübhəli bilinən Abşeron rayon sakini Nicat Quliyev qısa zamanda saxlanılıb. O, izahatında etdiyi oğurluqları etiraf edib. Nicat Quliyev evlərdən oğurladığı əşyaları paytaxtın Sabunçu rayonunda satdığını bildirib. Polis Bölməsində araşdırma aparılan zaman onun Saray qəsəbəsində 16 evdən oğurluq etdiyi müəyyən edilib. 

Faktlarla əlaqədar Saray Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxsin Abşeron və ətraf ərazilərdə başqa analoji cinayətlər törətdiyini müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri