26 
Yan
2022
12:02
20
244
2512
Virtual karabakh

Bakıda zavodun gözətçisinin başına daş vurub pulunu oğurladılar

26 Yan, 2022
12:02
2512

Bakıda zavodun gözətçisinin başına daş vurub pulunu oğurladılar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda zavodun gözətçisinə xəsarət yetirilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Nəqliyyatda Baş Polis İdarəsinə yanvarın 17-də saat 22:00 radələrində Biləcəri qəsəbəsi ərazisində bir nəfərin Bakı Vaqon Təmiri Zavodunun gözətçisi H.Ağayevin baş nahiyəsinə daş parçası ilə xəsarət yetirərək cibindən 540 manat pulunu götürməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər də soyğunçuluq və quldurluğa görə məhkum olunmuş S.Xudaverdiyev müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri