28 
Yan
2022
11:28
13
182
1519
Virtual karabakh

Cəlilabadda bıçaqlanan gənc oğlan beş gün sonra öldü

28 Yan, 2022
11:28
1519

Cəlilabadda bıçaqlanan gənc oğlan beş gün sonra öldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cəlilabad rayonu Uzuntəpə kənd sakini 1997-ci il təvəllüdlü Mirzəxan Gəncəliyevin yanvarın 22-də almış olduğu xəsarətlər nəticəsində yanvarın 27-də xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Cəlilabad rayon prokurorluğundan verilən məlumata görə, zərərçəkmişin qonşusu Həzrət Əliyevin şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı bıçaqla Mirzəxan Gəncəliyevə xəsarətlər yetirməsi nəticəsində sonuncu xəstəxanada ölüb.

Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Həzrət Əliyev təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.     

Hazırda cinayət işi üzrə istintaq davam edir.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri