25 
Fev
2022
14:21
132
12
3064
Virtual karabakh

Əmlak Məsələləri Dövlət Xidməti əməkdaşlarının həbsi barədə məlumat yayıb

25 Fev, 2022
14:21
3064

Əmlak Məsələləri Dövlət Xidməti əməkdaşlarının həbsi barədə məlumat yayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin əməkdaşlarının həbsi barədə məlumat yayıb.

Məlumatda deyilir:

“Dövlət Xidmətinin ötən ilin sonunda apardığı araşdırmalar zamanı 4 saylı Abşeron Ərazi İdarəsinin bəzi əməkdaşlarının qanunsuz əməllərə yol verdiyi məlum olub.

Bu barədə aidiyyəti üzrə Baş Prokurorluğa məlumat verilib. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə birlikdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 4 saylı Abşeron Ərazi İdarəsinin bir neçə əməkdaşı həbs edilmiş, barələrində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Vətəndaş məmnunluğunun təmin edilməsi, şəffaflığın artırılması tədbirlərini aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində davam etdiriləcək”, - deyə Dövlət Xidməti bəyan edib.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri