Apr
2022
17:28
50
523
6728
Virtual karabakh

Azərbaycanda əri tərəfindən döyülən 81 yaşlı qadının son vəziyyəti - YENİLƏNİB

8 Apr, 2022
17:28
6728

Azərbaycanda əri tərəfindən döyülən 81 yaşlı qadının son vəziyyəti - YENİLƏNİB

“Ötən gün gecə saatlarında əri tərəfindən döyülən Beyləqan rayon Birinci Şahsevən kənd sakini 81 yaşlı Dilarə Həsənovanın vəziyyəti ağır olaraq qalır”.

Bu barədə Trend-in yerli bürosuna Beyləqan Mərkəzi Rayon Xəstəxanasının həkimi Əli Məmmədov məlumat verib.

Əli Məmmədovun sözlərinə görə, yaşlı qadın koma vəziyyətindən çıxsa da, hazırda reanimasiya şöbəsində müalicəsi davam edir, vəziyyəti ağır olaraq qalır.

“7 Aprel 2022-ci ildə saat 12:30 radələrində xəstəxanamıza Beyləqan rayonu 1-ci Şahsevən kənd sakini 1941-ci il təvəllüdlü Həsənova Dilarə Fərrux qızı xəsarət alaraq daxil olub. Müayinə zamanı xəstədə başın tüklü hissəsinin, alın nahiyəsinin, hər iki əlin çoxsaylı çapılmış, kəsilmiş yaraları və eyni zamanda, qapalı kəllə-beyin travma diaqnozu qoyulub. Xəstəyə təcili qaydada müvafiq tibbi yardım göstərilib, yaraları sarılıb, birinci cərrahi tikişlər və ətraflar gipsə qoyulub. Hazırda xəstənin ümumi vəziyyəti ağır stabildir. Diaqnostika şöbəsində müayinə müalicəsi davam etdirilir”, - deyə həkim əlavə edib.

09:40

Beyləqanda 82 yaşlı kişi 81 yaşlı arvadını çəliklə döyüb.

Bu barədə Beyləqan Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, aprelin 7-i saat 12 radələrində Beyləqan rayon sakini, 1941-ci il təvəllüdlü Dilarə Həsənovanın yaşadığı evdə xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla zərərçəkmişin əri, 1940-ci il təvəllüdlü Nuru Həsənovun şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı ağacdan hazırlanmış çəliklə Dilarə Həsənovanın başına və bədənin müxtəlif nahiyələrinə çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Beyləqan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Nuru Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri