16 
May
2022
11:39
18
262
3248
Virtual karabakh

Şəhid atasının döyülməsi ilə bağlı DİN-dən AÇIQLAMA

16 May, 2022
11:39
3248

Şəhid atasının döyülməsi ilə bağlı DİN-dən AÇIQLAMA

Daxili İşlər Nazirliyi (DİN) Yevlaxda şəhid atasının döyülməsi ilə bağlı məsələyə münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, Yevlax rayon sakini İlqar İsmayılovun döyülməsi ilə bağlı may ayının 14-də “102” – Zəng Mərkəzinə müraciət daxil olub.
Müraciətlə əlaqədar Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə İ.İsmayılova xəsarət yetirməkdə şübhəli bilinən şəxs müəyyən edilib. 

Faktla bağlı Yevlax RPŞ-nin İstintaq Bölməsində müvafiq ekspertiza təyin olunaraq araşdırmalar aparılır. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Qeyd edək ki, rayonun Xanabad kəndində Vətən müharibəsi şəhidi İntiqam İsmayılovun atası İlqar İsmayılov kənd yaxınlığında məskunlaşmış Kəlbəcər rayon sakinləri tərəfindən döyülərək xəstəxanalıq edilməsi barədə məlumat yayılıb.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri