20 
May
2022
12:30
12
275
3085
Virtual karabakh

“Aztelekom”un əməkdaşı faciəli şəkildə ölüb - RƏSMİ

20 May, 2022
12:30
3085

“Aztelekom”un əməkdaşı faciəli şəkildə ölüb - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şamaxı Rayon Prokurorluğu “Aztelekom”un əməkdaşının ölümü ilə bağlı məlumat yayıb. 

Prokurorluqdan verilən açıqlamada deyilir:

“Mayın 19-u saat 10 radələrində Şamaxı rayonu Çuxuryurd kəndi ərazisində 1969-cu il təvəllüdlü Cahangir Tanrıverdiyevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla müəyyən edilib ki, “Aztelekom” MMC-nin Dağlıq Şirvan Regional Telekommunikasiya Qovşağının Şamaxı şöbəsinin Çuxuryurd məntəqəsində elektrik təmirçisi vəzifəsində işləyən Cahangir Tanrıverdiyev qeyd edilən tarixdə telefon xəttinin çəkilişini həyata keçirən zaman telefon naqilinin yüksək gərginlikli elektrik naqilinə toxunaraq elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda araşdırma aparılır”.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri