31 
May
2022
23:12
108
19
3616
Virtual karabakh

Sayt rəhbəri barəsində dələduzluğa görə cinayət işi başlanıb

31 May, 2022
23:12
3616

Sayt rəhbəri barəsində dələduzluğa görə cinayət işi başlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Jurnalist Etibar Əliyev (Etibar Toğrul) barəsində cinayət işi başlanıb.

APA xəbər verir ki, jurnalist beş nəfərə qarşı külli miqdarda dələduzluq etməkdə ittiham olunur. Əliyev Etibar Xasay oğlu barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq- külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılaraq ilkin istintaq aparılıb.

Hazırda cinayət işi ilə bağlı toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, Etibar Toğrul “Xəbər var” qəzetində baş redaktor, “Vetenperverler.az” saytında redaktor kimi fəaliyyət göstərib.

O, “XeberBiz.com” və “TehsilXeber.com” xəbər portalının rəhbəridir.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri