İyn
2022
10:36
22
206
2623
Virtual karabakh

Azərbaycanda kişi atını döyən atasını baltaladı - Hökm OXUNDU

7 İyn, 2022
10:36
2623

Azərbaycanda kişi atını döyən atasını baltaladı - Hökm OXUNDU

Qubada atasını baltalayaraq öldürən şəxsə hökm oxunub.

“Qafqazinfo”nun məlumatına görə, 2021-ci ilin iyunun 9-da baş verən cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Məhkəmə prosesində məlum olub ki, Qubanın Sofikənd kəndində yaşayan 1996-cı il təvəllüdlü Rəvan Sadıq oğlu Ramazanovla atası 1970-ci il təvəllüdlü Sadıq Rzaqulu oğlu Ramazanov arasında mübahisə yaranıb. Mübahisə atanın oğlunun atını ağacla döyməsi üstündə baş verib.

Belə ki, Rəvan atası tərəfindən atının ağacla döyüldüyünü görüb və ona atı vurmamasını, heyvanın əziyyət çəkdiyini deyib. Atası isə oğlunun sözünə məhəl qoymayaraq ata zərbə endirməyə davam edib. Rəvan atasının əməlindən əsəbiləşərək evə keçib. Bu zaman Sadıq Ramazanov evə gələrək oğlundan özünü kimə göstərdiyini soruşub və onu ağır söyüşlərlə təhqir edib. Bu zaman Sadıq həyat yoldaşını da şillə ilə vurub. Mübahisənin böyüməməsi üçün Rəvan evdən həyətə çıxıb. Lakin atası oğlunun arxasında çıxaraq mübahisəni davam etdirib və həyətdə olan baltanı Rəvana tərəf atıb. Zərbədən yayınan Rəvan yerdən götürdüyü həmin balta ilə atasına üç zərbə endirərək onu qətlə yetirib.

Rəvan ifadəsində atasının mütəmadi olaraq spirtli içki qəbul etdiyini, evdə tez-tez dava saldığını bildirib. O, atasını öldürmək fikrindən uzaq olduğunu bildirib.

Rəvan Ramazanov hadisədən sonra könüllü olaraq polisə təslim olub.

Məhkəmə R.Ramazanovu Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (Qəsdən adan öldürmə) ilə təqsirli bilərək ona 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası verib. Həmçinin cəzasının ciddi rejimli müəssisədə çəkməsinə hökm edilib.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri