17 
İyn
2022
13:12
29
62
1265
Virtual karabakh

Bakıda hamilə arvadını öldürməyə cəhddə təqsirləndirilən şəxsə hökm oxunub

17 İyn, 2022
13:12
1265

Bakıda hamilə arvadını öldürməyə cəhddə təqsirləndirilən şəxsə hökm oxunub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda arvadını öldürməyə cəhddə təqsirləndirilən Pərvin Ağayevə hökm oxunub və o, 11 il müddətinə azadlıqdan məhrum edilib.

“Report” xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, hadisə bu ilin aprelində Nizami rayonu, metronun “Qara Qarayev” stansiyası yaxınlığında qeydə alınıb.

Belə ki, P. Ağayev ilə arvadı Şəbnəm İsmayılova arasında dava düşüb. Dava zamanı İsmayılova boğaz və döş qəfəsi nahiyələrindən 3 bıçaq xəsarəti alıb. Şəbnəm İsmayılova xəstəxanaya yerləşdirilib və onun hamilə olduğu məlum olub. Daha sonra qadının həyatını xilas etmək mümkün olub.

P.Ağayevə qarşı Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (qəsdən adam öldürmə cəhd, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd;) maddəsi ilə ittiham irəli sürülüb.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri