25 
İyn
2022
13:07
90
147
3346
Virtual karabakh

Osloda gecə klubu faciəsində iranlı günahkar bilinir – YENİLƏNİB + FOTO/VİDEO

25 İyn, 2022
13:07
3346

Osloda gecə klubu faciəsində iranlı günahkar bilinir – YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Norveç polisi Osloda gecə klubunda iki nəfərin öldüyü kütləvi atışmada İran vətəndaşını şübhəli bilir.

Bu barədə polisin sözçüsü Kristian Hatlo mətbuat konfransında bildirib.

Şübhəlinin Norveç vətəndaşlığının olduğu qeyd edilir.

“O, adam öldürmə, adam öldürməyə cəhd və terror aktı təşkil etməkdə ittiham olunur”, - deyə Hatlo vurğulayıb.

O aydınlaşdırıb ki, bunlar ilkin ittihamlardır və dəyişdirilə bilər.

Son məlumatlara görə, atışma nəticəsində 21 nəfər yaralanıb, onlardan üçünün vəziyyəti ağır qiymətləndirilir.

Hatlo qeyd edib ki, 42 yaşlı şübhəli hüquq-mühafizə orqanlarının nəzarətindədir, axtarışlar zamanı bir avtomat və tapança götürülüb.

Faciə homoseksualların toplandığı məşhur klubda baş verdiyindən həmin şəxsin nifrət motivli atəş açması hesab edilir.

Qeyd edək ki,  Norveç polisi Osloda baş verən hadisəni terror aktı kimi araşdırır.

11:05

Norveçin paytaxtı Oslonun mərkəzində yerləşən “London pub” gecə klubunda insanlara atəş açılıb.

Polisin məlumatına görə, iki nəfər ölüb, ondan çox adam yaralanıb. Üç yaralının vəziyyəti ağırdır, 12 nəfər yüngül xəsarət alıb.

Hadisə Oslonun mərkəzində, çoxlu sayda bar və gecə klublarının olduğu küçədə baş verib.

Şübhəli şəxs nəzarətə götürülüb.

Mənbə: Aftenposten, Gazeta.ru

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri