Avq
2022
14:10
169
17
1756
Virtual karabakh

Polis əməliyyat keçirdi: Çətənə kolu və heroin saxlayan şəxslər saxlanıldılar - FOTO

2 Avq, 2022
14:10
1756

Polis əməliyyat keçirdi: Çətənə kolu və heroin saxlayan şəxslər saxlanıldılar - FOTO

Həyətində çətənə bitkisi yetişdirən Yevlax rayon sakini saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində aqrotexniki qaydada qulluq göstərməklə narkotik tərkibli çətənə bitkiləri yetişdirən şəxs saxlanılıb. Araşdırmalarla onun rayon sakini Namiq Kərimov olduğu müəyyən edilib.

Şöbə əməkdaşları tərəfindən həmin şəxsin yaşadığı ünvana keçirilən baxış zamanı fərdi yaşayış evinin həyətindən kultivasiya yolu ilə yetişdirilən çəkisi 13 kiloqrama yaxın olan 31 ədəd çətənə bitkisi, eləcə də 1 kiloqram 850 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Dindirilmə zamanı N.Kərimov çətənə bitkilərinin kultivasiyası ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı Yevlax RPŞ-də araşdırmalar davam etdirilir.

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat tədbirləri davam etdirilir.  

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən növbəti uğurlu əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayət əməli ilə məşğul olan şəhər sakini, əvvəllər də eyni əmələ görə cinayət məsuliyyətinə cəlb olunmuş İlqar Umudov yaşadığı evin yaxınlığında saxlanılıb. 

Onun üzərinə keçirilən baxış zamanı bir büküm, yaşadığı evdən isə təmiz çəkisi 960 qram olan narkotik maddə - heroin aşkarlanaraq götürülüb. 

Faktla bağlı Şirvan ŞPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri