6 
Avq
2022
13:15
13
268
2479
yuxarı
Ağstafada kişi atasının silahı ilə özünü öldürdü
6 Avq, 2022
13:15
2479
13
268
Ağstafada kişi atasının silahı ilə özünü öldürdü
Ağstafada intihar hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Köçvəlili kəndində baş verib.
Belə ki, 1985-ci il təvəllüdlü Elsevər Şəmkiyev atasına məxsus ov tüfəngi ilə özünə atəş açaraq, canına qəsd edib.
Qeyd edək ki, E.Şəmkiyev yol istismar idarəsində fəhlə kimi çalışıb.
Faktla bağlı araşdırmalar aparılır.
İntiharın səbəbi hələlik məlum deyil.
Aqil Vəlili
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək