11 
Avq
2022
14:21
134
21
1836
Virtual karabakh

Ağrılarına “məlhəm” üçün əkdiyi narkotik başına bəla oldu

11 Avq, 2022
14:21
1836

Ağrılarına “məlhəm” üçün əkdiyi narkotik başına bəla oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Göygöl Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Oxu.Az-a verilən məlumata görə,  polis əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Qızılca kənd sakini Cehun Tağıyevin özünə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirdiyi narkotik xassəli çətənə bitkiləri aşkarlanaraq götürülüb. Əraziyə baxış zamanı oradan ümumi çəkisi 3 kiloqrama yaxın olan çətənə aşkar edilərək götürülüb. 

Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını cari ilin may ayında əkdiyini etiraf edib. O, ifadəsində bildirib ki, güclü baş ağrıları olduğu üçün həmin çətənə bitkilərindən özünə “məlhəm” hazırlamaq istəyib. 

Götürülmüş maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub. Faktla RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri