12 
Avq
2022
17:57
453
206
5228
Virtual karabakh

Bakıda gənc rusca danışdığı üçün döyülüb? - DİN-dən AÇIQLAMA

12 Avq, 2022
17:57
5228

Bakıda gənc rusca danışdığı üçün döyülüb? - DİN-dən AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda gənc rus dilində danışdığı üçün döyüldüyünü iddia edib.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Qeyd edilib ki, R.H. adlı şəxs telefonda anası ilə rusca danışarkən bir nəfər bıçaqla ona hücum edib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev “Qafqazinfo”ya bildirib ki, Ramana qəsəbə sakini, 18 yaşlı R.H-nin müraciəti polis tərəfindən araşdırılıb. Tərəflər arasında olan mübahisə rus dilində olan danışıqla əlaqəli olmayıb:

“Mübahisə şəxsi münasibətlərin pozulması zəminində baş verib. Daxil olan müraciət üzrə müvafiq polis bölməsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri