18 
Avq
2022
10:08
146
43
3269
Virtual karabakh

Ömrünün yarısını həbsdə keçirən şəxs yenidən tutuldu

18 Avq, 2022
10:08
3269

Ömrünün yarısını həbsdə keçirən şəxs yenidən tutuldu

Samux sakinində narkotik aşkar olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında Samux rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, Ceyhun Mərdanov saxlanılaraq şöbəyə gətirilib. 

Onun üzərinə baxış keçirilən zaman külli miqdarda narkotik vasitə olan tiryək aşkar edilib.

Saxlanılan şəxs maddi sübutla birlikdə istintaqa təhvil verilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, bu, 46 yaşlı C.Mərdanovun 8-ci məhkumluğudur. O, bundan əvvəl Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə yeddi dəfə həbs olunub və ömrünün 23 ilini dəmir barmaqlıqlar arxasında keçirib. 

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri