16 
Fev
2015
12:46
45
117
22381
Virtual karabakh

Ziyarətgaha gedən yolda qətlə yetirilən qadının kimliyi məlum oldu - VİDEO

16 Fev, 2015
12:46
22381

Ziyarətgaha gedən yolda qətlə yetirilən qadının kimliyi məlum oldu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İstintaqın versiyasına görə o, yüngül həyat tərzi keçirib.

Keçən həftə Bakının Xəzər rayonunda qətl hadisəsi baş verib. Şənbə günü Buzovna qəsəbəsinin ərazisində 40-45 yaşlarında naməlum qadın meyiti tapılıb. Dünən gecə qadının kimliyi müəyyən edilib.

Oxu.Az xəbər verir ki, bu barədə Vesti.Az-a Xəzər rayon Polis İdarəsindən bildiriblər.

Xəbər verilib ki, qətlə yetirilən şəxs 1968-ci il təvəllüdlü, əslən Oğuz rayonundan olan Rzayeva Xatirə Saməddin qızıdır.

Qətlə yetirilənin bədənində 15 bıçaq yarası aşkar olunub. Xəbər verildiyi kimi qətl fevral ayının 13-də, meyitin aşkar edilməsindən bir neçə saat öncə baş verib.

Xəzər rayon Prokurorluğundan bildiriblər ki, qadın Abşeron rayonunun Masazır qəsəbəsində yaşayırmış. İstintaqın versiyasına görə o, yüngül həyat tərzi keçirirmiş.

Qadının başqa bir yerdə öldürüldüyü və sonradan qatil tərəfindən Buzovnaya atıldığı ehtimal edilir.

Qatilin kimliyi hələ ki, müəyyən edilməyib. Bu istiqamətdə iş aparılır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri