14 
Sen
2017
09:36
15
144
2358
Virtual karabakh

Bakıda 79 yaşlı kişi intihar etdi

Bakıda 79 yaşlı kişi intihar edib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, Xətai rayon sakini, 1938-ci il təvəllüdlü Siyavuş Hidayət oğlu Baxşəliyev yaşadığı evdə intihar məqsədi ilə sirkə turşusu içərək, özünü zəhərləyib.

Xəstəxanaya yerləşdirilən qocaya həkimlər tərəfindən kömək göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

A.M.

www.oxu.az

Digər Kriminal xəbərləri