24 
Sen
2022
15:21
375
21
4301
Virtual karabakh

Yasamal rayonunda 40 nəfər saxlanılıb - FOTO/VİDEO

24 Sen, 2022
15:21
4301

Yasamal rayonunda 40 nəfər saxlanılıb - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yasamal rayonunda sentyabr ayının 1-dən bu günə qədər narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 40 nəfər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsi, ərazi şöbə və bölmələri ilə birlikdə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabr ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 40 nəfər saxlanılıb. Qanunsuz dövriyyədən altı kiloqramdan artıq güclü təsiredici narkotik maddə olan heroin aşkar olunaraq götürülüb. 

Bu şəxslərdən biri - Oruc Həsənovdan isə beş kiloqramdan artıq heroin aşkar edilib.

Faktlarla bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işləri başlanılıb. Bu şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri