29 
Sen
2022
11:56
8
173
2048
Virtual karabakh

Bakıda 33 yaşlı kişi küçədə əmisini qətlə yetirdi

29 Sen, 2022
11:56
2048

Bakıda 33 yaşlı kişi küçədə əmisini qətlə yetirdi

Bakıda küçədə 50 yaşlı kişi qətlə yetirilib.

Bu barədə Xəzər Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində paytaxtın Xəzər rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilən ağır cinayətin “isti izlər"lə açılması təmin edilib.

Belə ki, sentyabrın 29-u saat 03 radələrində rayonun Buzovna qəsəbə sakini, 1972-ci il təvəllüdlü Valeh Qədəşovun üzərində xəsarət izi olan meyitinin yaşadığı evdən 30-40 metr uzaq məsafədə küçədə aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla zərərçəkmişin qardaşı oğlu, 1989-cu il təvəllüdlü Şahin Qədəşovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla xəsarət yetirərək Valeh Qədəşovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Şahin Qədəşov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İstintaq tədbirləri davam edir.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri