15 
Noy
2022
16:04
32
85
1445
Virtual karabakh

Həbsdə olan şəxsin evində xeyli narkotik aşkarlanıb

15 Noy, 2022
16:04
1445

Həbsdə olan şəxsin evində xeyli narkotik aşkarlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ədliyyə Nazirliyi Penitensiar Xidməti və Bakı İstintaq təcridxanasının əməliyyat aparatlarının, Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarışı İdarəsinin və Binəqədi rayon Polis idarəsinin 7-ci Polis bölməsinin əməkdaşları ilə birgə əməliyyat tədbirləri keçirilib.

Penitensiar Xidmətdən verilən xəbərə görə, Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq), 234.4.1 və 234.4.3 (qanunsuz narkotik dövriyyəsi) maddələri ilə təqsirli bilinərək həbs edilmiş Şəhriyar Cavid oğlu Abbasovun Binəqədi rayonu, 6-cı mikrorayon ərazisində yerləşən evinə baxış keçirilib.

Baxış zamanı evdə gizlədilmiş ümumi çəkisi 500 qram olan narkotik vasitə - marixuana və ümumi çəkisi 15 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri