23 
Noy
2022
16:40
11
166
1687
Virtual karabakh

Qadın alverində təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxıldı

23 Noy, 2022
16:40
1687

Qadın alverində təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Ağır Cinayətlər Məhkəməsində qadınları xarici ölkələrə aparıb orada cinsi istismara məruz qoymaqda təqsirləndirilən Elnarə Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend xəbər verir ki, hakim Məhəmməd Əkbərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə E.Məmmədova 8 il 6 ay azadlıqdan məhrum edilib. Lakin himayəsində azyaşlı uşaq olduğundan onun barəsindəki hökmün icrası təxirə salınıb və o, məhkəmə zalından azadlığa buraxılıb.

İttihama görə, 37 yaşlı Elnarə Vladimir qızı Məmmədova Daxili İşlər Nazirliyi İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

O, insan alverində təqsirli bilinib.

E. Məmmədova barəsində Cinayət Məcəlləsinin 144-1.2.5-ci (İnsan alveri qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) maddəsilə ittiham elan olunub.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri