25 
Noy
2022
16:44
312
16
2969
Virtual karabakh

Bakıda narkoşəbəkənin 61 üzvü ƏLƏ KEÇİB - VİDEO

25 Noy, 2022
16:44
2969

Bakıda narkoşəbəkənin 61 üzvü ƏLƏ KEÇİB - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yasamal Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsi, həmçinin ərazi şöbə və bölmələri tərəfindən oktyabr-noyabr ayları ərzində keçirilən əməliyyatlar nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 61 nəfər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitə və psixotrop maddələr çıxarılıb. 

Aşkar edilən faktlarla bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir. 

Bu şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri