7 
Dek
2022
20:05
23
243
3979
yuxarı
Bakıda 39 yaşlı qadın öldürüldü: Keçmiş əri qətl şübhəsi ilə saxlanıldı
7 Dek, 2022
20:05
3979
23
243
Bakıda 39 yaşlı qadın öldürüldü: Keçmiş əri qətl şübhəsi ilə saxlanıldı
Bakıda 39 yaşlı qadın qətlə yetirilib.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, paytaxtın Xətai rayonunu ərazisində 1983-cü il təvəllüdlü Raminə Qəribovanın öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub.
Aparılan araşdırmalarla zərərçəkmişin keçmiş əri 1976-cı il təvəllüdlü İlqar Qəribovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Raminə Qəribovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İlqar Qəribov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.
Hazırda iş üzrə istintaq davam edir.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər Kriminal xəbərləri
1 
Fev
2023
20:00
İranlı narkobaronların kuryerləri saxlanıldı - Xəbərlərin 20:00 buraxılışı
148
10
786
1 
Fev
2023
16:51
İranlı narkobaronların ölkəmizdəki havadarlarına qarşı əməliyyatlar - ANBAAN VİDEO
446
12
4568
1 
Fev
2023
12:20
İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı - FOTO
329
13
1234