Həbsxanada evlənən məhbus: Mən günahkar deyiləm – Video
Həbsxanada evlənən məhbus: Mən günahkar deyiləm – Video
Sergey Aleksandroviç Strelyayevin saytı da fəaliyyət göstərir.
Dünən Azərbaycanda həbsxanada baş tutan ömürlük həbs cəzasına məhkum olan Sergey Aleksandroviç Strelyayevin nikah mərasimindən sonra hamı 34 yaşlı məhbusun taleyi ilə maraqlanır.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, “Rezonans”verilişinin bir buraxılışı da məhz Sergey Aleksandroviçə həsr olunub.
Qeyd edək ki, bu ilin yanvar ayında Strelyayev Sergey Aleksandroviçin şeirlərindən ibarət rus dilində nəşr edilmiş növbəti kitabın təqdimatı keçirilib.
Dünən isə Sergey sevib seçdiyi xanım Lüdmila Alenikova ilə ailə həyatı qurub.
Sergey Aleksandroviç Strelyayevin saytı da fəaliyyət göstərir.
Bu linkə daxil olub onun haqda daha geniş məlumatlar əldə edə bilərsiz.
Qeyd edək ki, 2002-ci ildə Sergey Strelyayev iki nəfər qonşusunu öldürməkdə günahkar bilinərək, ömürlük həbs cəzası alıb. Qonşuların cəsədləri sonradan tapılsa da, Sergey onları öldürmədiyini deyir.
Məhkum şairə həsr olunan proqramı və dünənki toy mərasiminin videosunu təqdim edirik.
www.oxu.az