23 
Yan
2023
15:54
67
14
2265
Virtual karabakh

Nazirliyin tabeliyindəki qurumda baş vermiş qanunsuzluqlarla bağlı cinayət işi başlanıldı

23 Yan, 2023
15:54
2265

Nazirliyin tabeliyindəki qurumda baş vermiş qanunsuzluqlarla bağlı cinayət işi başlanıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan qurumda baş vermiş qanunsuzluqlarla bağlı cinayət işi başlanılıb.

Bu barədə Gəncə Şəhər Prokurorluğundan məlumat yayıb.

Bildirilib ki, Aqrar Elm və İnnovasiya Mərkəzinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda baş verən qanunsuzluqlarla bağlı şəhər prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı qeyd edilən institutda bəzi işçilərə qanunla nəzərdə tutulandan artıq əməkhaqqı, mükafat və ezamiyyə xərclərinin ödənilməsi yolu ilə büdcə vəsaitlərinin mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri