31 
Yan
2023
11:56
169
17
1533
Virtual karabakh

Narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb - VİDEO

31 Yan, 2023
11:56
1533

Narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qusarda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan  verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı VAZ-2106 markalı nəqliyyat vasitəsinin sürücüsü Zamir Vəlimətov yol hərəkəti  qaydalarını kobud şəkildə pozduğuna görə Yol Patrul Xidmətinin  əməkdaşları tərəfindən nəzarət-yoxlama qaydasında saxlanılıb. Polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitənin təsiri altında olmasına dair əsaslı şübhələr olduğundan o, tibbi müayinədən keçirilib.

Müayinənin nəticəsinə əsasən, həmin şəxsin narkotik vasitənin təsiri altında olması sübuta yetirilib. Z.Vəlimətovun barəsində qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbir görülüb.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri