Fev
2023
15:28
123
10
1665
Virtual karabakh

Cəlilabadda məktəbdəki qanunsuzluqlarla bağlı cinayət işi başlanıldı

1 Fev, 2023
15:28
1665

Cəlilabadda məktəbdəki qanunsuzluqlarla bağlı cinayət işi başlanıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cəlilabadda məktəbdəki qanunsuzluqlarla bağlı cinayət işi başlanılıb.

Bu barədə Oxu.Az-a rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, rayonun Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə baş verən qanunsuzluqlarla bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

Qeyd edilən məktəbdə 2022-ci ildə tədris edilməmiş dərs saatları və dərsdənkənar məşğələlərə görə əməkhaqqı ödənilməsi nəticəsində dövlət büdcəsinə ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Cinayət Məcəlləsinin 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanılıb.

İbtidai istintaq davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri