27 
May
2023
19:08
185
13
1235
yuxarı
Bakı sakinindən külli miqdarda narkotik götürülüb
27 May, 2023
19:08
1235
185
13
Bakı sakinindən külli miqdarda narkotik götürülüb
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini Məhərrəm Xasanov saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyindən xəbər verilib.
Bildirilib ki, şəxsi axtarış zamanı ondan 25 qramdan artıq heroin və 21 qramdan çox metamfetamin aşkar olunub.
Davam etdirilən tədbirlərlə onun idarə etdiyi “Nissan” markalı avtomobilə baxış zamanı oradan əlavə 1 kiloqram 461 qramdan artıq heroin və 68 qramdan çox metamfetamin götürülüb.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək