27 
Mar
2024
11:24
13
40
1071
Virtual karabakh

Külli miqdarda vəsaiti mənimsəməkdə ittiham olunan şəxsin işi yenidən məhkəmədə

27 Mar, 2024
11:24
1071

Külli miqdarda vəsaiti mənimsəməkdə ittiham olunan şəxsin işi yenidən məhkəmədə

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda dələduzluqda ittiham edilən Ramiz Saday oğlu Qazaxlının barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.

Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas martın 27-nə təyin edilib.

Şikayət hakim Mirzəli Abbasovun sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, “Azar-Tİ” MMC direktoru Ramiz Qazaxlı bir mənzili bir neçə nəfərə satmaqda ittiham edilir. İş üzrə 10 zərərçəkmiş var. R.Qazaxlı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurulmaqla dələduzluq) və 306.2-ci maddələri ilə təqsirli bilinir.

Belə ki, Ramiz Qazaxlı 156 000 manat külli miqdarda əmlakı qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib dələduzluq edib və həmçinin tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə, vəzifə saxtakarlığı törədib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsə 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Onun həbsdə saxlandığı 1 il 2 ay 16 gün müddət cəzadan çıxılmaqla üzərində 5 il 3 ay 14 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılıb. Ramiz Qazaxlı Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilib və 2 il sınaq müddəti ilə cəzası şərti hesab olunub.

Bu hökmdən dövlət ittihamçısı narazı qalıb və apellyasiya protesti verib. Həmçinin təqsirləndirilən şəxs də apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı hökmü dəyişdirilib və o, 5 il 3 ay müddətinə azadlıqdan məhrum olunub. Daha sonra Ramiz Qazaxlı Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin çıxardığı qərarı ləğv edib və cinayət işi yeni apellyasiya baxışına təyin olunub. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, onun barəsində Cinayət Məcəlləsinin 306.2-ci (məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə) maddəsi ilə elan olunmuş ittiham üzrə bəraət verilib. Təqsirləndirilən şəxsə təyin edilmiş 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası Cinayət Məcəlləsinin 70.1-ci (şərti) maddəsinə əsasən, şərti tətbiq edilib və 2 il sınaq müddəti müəyyən olunub. Ramiz Qazaxlı məhkəmə iclas zalında dərhal həbsdən azad edilib. Ali Məhkəmənin qərarına əsasən, qərar tamamilə ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri