16 
Apr
2024
16:24
278
13
2506
Virtual karabakh

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs olunublar - VİDEO

16 Apr, 2024
16:24
2506

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs olunublar - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Oxu.Az-a bildirilib ki, Realmedia.az internet saytının baş redaktoru Ramin Qurbanov, özünü qəzetlərdən birinin müxbiri kimi təqdim edən Xəyyam Qurbanlı nazirliyə vətəndaşlardan daxil olan çoxsaylı şikayət əsasında saxlanılıblar.

Fakta görə Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələbetmə maddəsinə müvafiq olaraq hər iki şəxs barəsində polis idarəsində cinayət işi qaldırılaraq həbs edilib. Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir. Onların əməllərindən zərərçəkən başqa şəxslər varsa, polisə müraciət edə bilərlər.

Qeyd edək ki, onlar ayrı-ayrı şəxslərə və şirkətlərə dair neqativ məlumatların paylaşılacağı ilə bağlı hədə-qorxu gəlməsi, eləcə də paylaşılmış məlumatların silinməsi məqsədilə müxtəlif məbləğlərdə qanunsuz pul tələb etməkdə ittiham olunurlar.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri