19 
Apr
2024
09:20
126
7
1344
Virtual karabakh

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıblar

19 Apr, 2024
09:20
1344

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıblar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Lənkəran şəhəri ərazisində yerləşən qəbiristanlıqlardan birindən metal məhəccər və dəmir boruların oğurlanması ilə bağlı polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakinləri, əvvəllər məhkum olunmuş Nail Cəfərov və İlqar Rəhimov müəyyən edilərək saxlanılıblar.

Şəxsi axtarış zamanı hər ikisinin üzərindən metamfetamin aşkarlanaraq götürülüb. N.Cəfərov və İ.Rəhimov barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı araşdırmalar aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri