19 
Apr
2024
10:28
82
11
939
Virtual karabakh

Göyçayda vətəndaşlardan 20 odlu silah götürülüb - FOTO

19 Apr, 2024
10:28
939

Göyçayda vətəndaşlardan 20 odlu silah götürülüb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Göyçay  Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eləcə də könüllü təhvil verilməsi məqsədilə əməliyyat-axtarış və profilaktiki tədbirlər həyata keçiriblər.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, cari il ərzində əməliyyat yolu ilə vətəndaşlardan bir ədəd avtomat və altı tüfəng aşkar edilərək götürülüb. 

Profilaktik tədbirlər nəticəsində isə bir ədəd avtomat və 12 ədəd müvafiq sənədləri olmayan ov tüfəngini vətəndaşlar könüllü olaraq polisə təhvil veriblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri