19 
Apr
2024
15:24
107
30
2801
Virtual karabakh

20 min manat borca görə qəssab həbs edildi

19 Apr, 2024
15:24
2801

20 min manat borca görə qəssab həbs edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Abşeron rayonunda xeyli miqdarda borcunu ödəməkdən boyun qaçıran qəssab həbs edilib.

“Qafqazinfo” xəbər verir ki, bir müddət əvvəl Mehdiabad qəsəbəsində yerləşən “Daşkəsən” ət məhsulları mağazasını işlədən 1974-cü il təvəllüdlü Nazim Əliyev (şərti ad) barəsində hüquq-mühafizə orqanlarına şikayət daxil olub.

Şikayətçi Daşkəsən rayonu ərazisində Nazimə 15 ədəd iribuynuzlu heyvan verdiyini, onun ətin satışından sonra ödəməli olduğu 20 min manata yaxın vəsaiti vermədiyini bildirib.

Bununla bağlı aparılmış araşdırmaların materialları Daşkəsən Rayon Məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə Nazimin 20 min manatı qarşı tərəfə ödəməsi ilə bağlı qərar çıxarılıb. Lakin qəssab məhkəmənin qərarını icra etməkdən xeyli müddət boyun qaçırıb.

Bundan sonra onun barəsində Cinayət Məcəlləsinin 306-cı (məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə) maddəsi ilə cinayət işi açılıb. Cinayət işinə təqsirləndirilən şəxsin yaşadığı ərazi üzrə Abşeron Rayon Məhkəməsində baxılıb.

Məhkəmənin 15 aprel tarixli hökmü ilə təqsirləndirilən şəxsə 1 il 6 ay həbs cəzası verilib. O, məhkəmə zalındaca həbs edilib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri