30 
Apr
2024
09:02
108
8
1050
Virtual karabakh

Cəlilabadda mal-qara oğurlayan qohumlar saxlanılıblar

30 Apr, 2024
09:02
1050

Cəlilabadda mal-qara oğurlayan qohumlar saxlanılıblar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cəlilabadda mal-qara oğurlayan qohumlar saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Oxu.Az-a verilən məlumata görə, ayrı-ayrı vaxtlarda Cəlilabad rayon sakinlərinə məxsus səkkiz baş inək və camışın örüş sahələrindən oğurlanması barədə polisə məlumat daxil olub.

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən, əvvəllər talama cinayətlərinə görə məhkum olunmuşlar Ramil Sadıqov və qohumu Raul Quliyev saxlanılıblar.

Hazırda onların digər analoji əməllərinin olub-olmadığı araşdırılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri