Dek
2015
16:58
146
378
17753
Virtual karabakh

Lalə Azərtaş əfsanəvi sənətkarın obrazında – FOTOSESSİYA

2 Dek, 2015
16:58
17753

Lalə Azərtaş əfsanəvi sənətkarın obrazında – FOTOSESSİYA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İstedadlı xəbər aparıcısının daha bir bacarıqlı tərəfi.

Cari ildə Azərbaycan milli mətbuatının 140 illik yubileyi münasibətilə ölkə başçısının müvafiq sərəncamına əsasən mükafatlandırılan Kütləvi informasiya vasitələrinin nümayəndələri arasında “ATV xəbər”in aparıcısı Lalə Azərtaş da oldu. O,  “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edildi.

Oxu.Az-ın “Kinosınaq” layihəsində istedadlı jurnalistin daha bir bacarıqlı tərəfini - aktrisalıq qabiliyyətini təqdim etmək qərarına gəldik.

Lalə xanım lirik-dramatik rolların uğurlu ifaçısı, əfsanəvi sənətkar, xalq artisti Nəcibə Məlikovanın müxtəlif filmlərdə canlandırdığı bir neçə obrazını obyektivimiz qarşısında yaratmağa cəhd göstərdi.

Beləliklə, xəbər aparıcısı ilə retro üsluba bir azca müasirlik qataraq yeni fotolayihəni ərsəyə gətirdik.

Layihənin müəllifi: Aytən Sadıqzadə
Foto: Nüsrət Abdullayev

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri