12 
Apr
2017
10:48
6
8
433
Virtual karabakh

“Dərs” Rusiyanın növbəti film festivalında

Rafiq Əliyev və Cavid Təvəkkülün “Dərs” filmi Rusiyanın 11-ci “Səmimi qəlbdən” Beynəlxalq Ailə Filmləri Festivalının “Bizim uşaq kinosu” müsabiqə proqramına dəvət alıb. Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil olunan festival 26-30 may tarixlərində Ulyanovsk şəhərində keçiriləcək.

“Dərs” tammetrajlı bədii filmi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb.

Bu barədə Oxu.Az-a kinostudiyadan bildirilib.

Filmin beynəlxalq təqdimatı Almaniyanın 34-cü Münhen Film Festivalında baş tutub. Film Rusiyanın 25-ci “Kinoşok” Beynəlxalq Film Festivalının “KinoMalıŞok” proqramının “Ən yaxşı film”, Belarusiyanın 23-cü “Listapad” Minsk Beynəlxalq Film Festivalının “Qızıl Listapadik” mükafatlarına layiq görülüb. “Dərs” filmi həmçinin 5-ci Delhi və 15-ci Dəkkə beynəlxalq film festivallarında nümayiş olunub.

Filmin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Fikrət Ələkbərov, bəstəkarı Tünzalə Ağayeva, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə  baş rolları Tamerlan Ağayev, Aliyə Əliyeva, Rəşid Əliyev, Ayna Zərbəliyeva, Nazim İbrahimov, Mənsurə Əhmədova və digərləri canlandırıblar.

A.S.
www.oxu.az

Digər Mədəniyyət xəbərləri