30 
İyn
2017
10:55
64
18
1303
Virtual karabakh

Teatr xadimləri mükafatlandırılacaq

30 İyn, 2017
10:55
1303

Teatr xadimləri mükafatlandırılacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gənc Tamaşaçılar Teatrında 89-cu teatr mövsümü ərzində seçilənlər mükafatlandıracaqlar.

Bu barədə Oxu.Az-a teatrdan bildiriblər.

Mükafat 12 nominasiya üzrə təqdim ediləcək. “Ən yaxşı tamaşa”, “Mövsümün ən yaxşı xarakterik obraz ifaçısı”, “Mövsümün ən fəal ictimaiyyətçi əməkdaşı”, “Mövsümün seçilən aktyoru”, “Teatrın dostu”, “Mövsümün ən yaxşı texniki işçisi”, “Mövsümün məhsuldar aktyoru” və digər nominasiyalar üzrə təyin olunmuş qaliblər mövsümün sonunda təltif olunacaqlar.

 “Sima” mükafatı teatrın yaradıcı heyəti arasında istedadın və peşəkarlığın qiymətləndirilməsi, peşə stimulunun yaradılması, bədii dəyəri ilə (mövzusu, quruluşu, tərtibatı, ifaçısı) fərqlənən tamaşaların teatr ictimaiyyətinə təqdim edilməsi, habelə mövsüm ərzində hazırlanmış ən uğurlu səhnə əsərlərinin, ayrı-ayrı ifaçıların, mövsüm ərzində fəallığı ilə seçilən teatr əməkdaşlarının mükafatlandırılması məqsədilə 2014-2015-ci teatr mövsümündə Azərbaycan Dövlət Gənc Tamaşaçılar  Teatrı və ASSİTEJ – Azərbaycan Milli Mərkəzi tərəfindən təsis olunub.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri