13 
İyl
2017
13:38
18
53
1584
Virtual karabakh

Dünyanın ən məhşur sərgiləri ilk dəfə böyük ekranda “Park Cinema”da - VİDEO + FOTO

12 iyulda “Park Cinema Flame Towers”də incəsənət haqdaböyük ekranda sənədli filmlərə həsr olunmuş press-konfrans keçirilib.

Bu barədə Oxu.Az-a kinoteatrdan məlumat verilib.

“Bildiyiniz kimi, 7 il ərzində “British Council” “Park Cinema” ilə Avropa İttifaqının Azərbaycanın nümayəndəliyi tərəfindən keçirilən Avropa film festivalı layihəsi çərçivəsində əməkdaşlıq edir. Bu il isə “British Council”ın təşəbbüsü ilə “Park Cinema”da yeni layihəyə start veririk. Belə ki, məhşur britaniyalı rejissor Fil Qrabskinin sərgi filmləri artıq böyük ekranda göstəriləcək.

İncəsənət haqda sənədli filmlərin böyük ekranda nümayişi ilk dəfə Böyük Britaniyada kerilib, hazırda bu filmlər Rusiya, Qazaxstan, Gürcüstan, Belarusiya, Ukrayna, Azərbaycan və digər ölkələr daxil olmaqla bütün dünyada böyük rəğbət qazanaraq göstərilir. Bakı sakinləri və qonaqlar üçün bu layihə incəsənətə daha yaxın olmaq şansı yaradır”, –deyə “Park Cinema”nın marketinq üzrə direktoru Musa Axundov bildirib.

“Film-sərgilər böyük ekanlar üçün xüsusi yaradılıb. Onlar yüksək görüntü keyfiyyətinə malik olmaqla, dahi rəssamların əsərlərinə, sözün əsl mənasında, yeni gözlə baxmaq imkanı yaradır. Leonardo da Vinçi, Yan Vemeyer və Vinsent Van Qoqun əsərləri artıq yalnız muzey eksponatı olmaqla kifayyətlənməyəcək! Fil Qrabskinin adı incəsənətə dəyər verənlər üçün yaxşı tanışdır: artıq neçə ildir ki, ardı-ardına Fil Qrabski “TheatreHD” dəstəyi ilə unikal layihələrini təqdim edir.

Bu cür sərgilərə qatılmaq şansı nəinki, turistlər üçün, hətta bəzən yerli sakinlər üçün də əlçatmazdır (kilometrələrcə növbə, saatlarla gözləmə və s.). Odur ki, Fil Qrabskinin olduqca gözəl lentə alınmış, həmçinin ekspert və ən yaxşı bələdçilərin işləri ilə tamamlanmış filmləri incəsənətlə maraqlananlar üçün əsl hədiyyədir”, – deyə “British Council”ın direktoru Elizabet Vayt qeyd edib.

Konfransda həmçinin məhşur britaniyalı rejissor Fil Qrabskinin Azərbaycanda incəsənət sevərlər üçün ünvanladığı maraqlı ismarıc da təqdim olunub.

16 iyuldan etibarən hər bazar günü Bakı sakinləri “Park Cinema Flame Towers”də dünya sərgilərinə səyahət edə biləcəklər.

Daha ətraflı cədvəl ilə parkcinema.az saytında tanış ola bilərsiniz.

“Park Cinema” - Azərbaycanda müasir çoxzallı kinoteatrların ən iri milli şəbəkəsidir. Hazırda şəbəkəyə “Park Bulvar”, “Metro Park”, “Zagulba Mall” ticarət və əyləncə mərkəzlərində, ölkədə yeganə IMAX formatlı nümayişlərin təqdim olunduğu “Flame Towers”, həmçinin Masallı rayonundakı “ASAN Həyat”da yerləşən kinoteatrlar və “Amburan Beach Club”da yerləşən yay kinoteatrı daxildir.

“British Council” - təhsil sahəsində mədəni əlaqələr və imkanları inkişaf etməkyə yönələn beynəlxalq Britaniya təşkilatıdır. 

A.S.
www.oxu.az

Digər Mədəniyyət xəbərləri