Avq
2017
09:35
85
18
2982
Virtual karabakh

Azərbaycan və Türkiyə aktyorlarının rol aldığı film nümayiş olunacaq – FOTO

9 Avq, 2017
09:35
2982

Azərbaycan və Türkiyə aktyorlarının rol aldığı film nümayiş olunacaq – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, Azərbaycan və Türkiyə aktyorlarının rol aldığı “Yanlış anlama” adlı film ekranlaşdırılıb. 

Oxu.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ekran əsərində Şevket Çoruh, Bahadır Efe, Duygu Karaca, İslam Mehrəliyev, Fərda Amin, Pərvin Abıyeva, Pelin Sönmez və digərləri rol alıb.

Filmin rejissoru Ulaş Cihan Şimşek, ssenari müəllifi Ayberk Çınardır.

Türkiyə və azərbaycanlı ailənin birlikdə keçirdikləri 10 gündən bəhs edən filmdə iki dilin həm yaxınlığı, həm də fərqliliyi nəticəsində yaranan səhv anlaşılmaların meydana gətirdiyi macəralar yer alıb.

Çəkilişlər İstanbul, Balat və Bakıda aparılıb.

Film Türkiyə və Azərbaycan kinoteatrlarında eyni tarixdə - 27 oktyabrda nümayiş olunacaq.

Aytən Sadıqzadə
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri