9 
Avq
2017
12:04
80
21
1249
yuxarı
Minskdə Azərbaycan mədəniyyət günləri keçiriləcək
9 Avq, 2017
12:04
1249
80
21
Minskdə Azərbaycan mədəniyyət günləri keçiriləcək
Avqustun 12-də Belarusun paytaxtı Minskdə Azərbaycan mədəniyyəti günləri keçiriləcək.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Minsk Şəhər İcra Hakimiyyəti məlumat yayıb.
Yuxarı Şəhərdəki meydanda keçiriləcək tədbiri Minsk Şəhər İcra Hakimiyyəti və Azərbaycanın Belarusdakı səfirliyinin dəstəyi ilə “Azərbaycan İcmaları Konqresi” Beynəlxalq İctimai Birliyi təşkil edəcək.
Mədəniyyət günlərində “Qafqaz əfsanələri” və “Sarı gəlin” kollektivləri, müxtəlif musiqi müsabiqələrinin iştirakçıları çıxış edəcəklər.
Tədbirdə rəqs üzrə ustad dərsləri keçiriləcək, milli mətbəximizdən təamlar hazırlanacaq, Azərbaycan məhsullarının sərgi-satışı təşkil ediləcək.
A.S.
www.oxu.az
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər Mədəniyyət xəbərləri
26 
Apr
2024
08:30
Müəllimlikdən kağızburma sənətinə: “Proqram maraqsız gəlirdi” - MÜSAHİBƏ + FOTO
69
5
2651
25 
Apr
2024
12:28
Xalq artisti Kamran Ağabalayevi debata çağırdı: “Siz söyüşlə danışırsınız”
16
81
2905