31 
Avq
2017
19:15
113
49
7303
Virtual karabakh

Faiq Babanlı ilə “CinemaPlus”da vəhşi təbiət – VİDEO + FOTO

31 Avq, 2017
19:15
7303

Faiq Babanlı ilə “CinemaPlus”da vəhşi təbiət – VİDEO + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avqustun 30-da premium kinoteatr “CinemaPlus Azerbaijan”da keçmiş idmançı, qaydasız döyüş üzrə Respublika və beynəlxalq turnirlərin qalibi, məşhur ovçu - Faiq Babanlının iştirakı ilə “Peru” sənədli filminin premyera öncəsi nümayişi keçirilib.

Oxu.Az-ın məlumatına görə, kinoteatrın foyesi xüsusi üslubda bəzədilib: heyvanların müqəvvaları qonaq və tamaşaçılara özlərini vəhşi təbiətdə hiss etməyə şərait yaradıb. 

Sənədli filmin nümayişindən öncə baş qəhrəman Faiq Babanlı qonaqları salamlayaraq və xoş seyr arzulanıb.

Faiq Babanlı dünyanın 73 ölkəsində olub. O, Afrikada, Amazon cəngərliklərində, Yeni Zelandiyada, Avstraliyada, Alyaskada, Qrenlandiyada, Kolumbiyada, Kamçatkada ov edib. Həmçinin o, Pamir, Tyan-Şan, Himalay, Pireney sıra-dağları kimi dünyanın ucqar yerlərində olmuşdur və öz kolleksiyasını artırmaqda davam edir. 

Bu film Peruya ən təhlükəli və çətin səfərdən bəhs edir. Oradan hətta qayıtmamaq təhlükəsi də var idi. Ov qanununa görə cəngərliklərdə əgər yağış yağırsa və göydə ay görsənirsə demək heyvanlar gizlənəcəklər. 

Faiq Babanlı filmin rejissoru Asif İlyasov ilə məcbur olaraq cəngərliklərin tropik yağışlı meşələrində maçete ilə özlərinə yol açaraq keçilməz dərinliklərə daxil olublar. O faktı da diqqətdən qaçırmamaq lazımdır ki, bütün Cənubi Amerika ölkələrindən ən çox zəhərli ilanlar məhz Peruda yaşayır.

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etməyə və kino dünyasının ən yaxşı premyeraları ilə Sizi sevindirməyə hazırdır.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri